Pompeo: Tik-Toku qadağan edə bilərik

  • 10:34 - 07 İyul

ABŞ dövlət katibi Mayk Pompeo " Fox News" telekanalına verdiyi müsahibədə TikTok daxil Çin mənşəli sosial şəbəkələri qadağa edə biləcəklərini deyib.

Avropa.info xəbər verir ki, Pompeo şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı danışarkən Çin Kommunist Partiyasının insanların şəxsi məlumatlarını ələ keçirdiyini deyib.

"İnsanların mobil telefonlarındakı Çin tətbiqetmələri ilə bağlı ABŞ-ın bu məsələdə tam istəniləni edəcəyinin təminatını verə bilərəm. Prezidenti qabaqlamaq istəyirəm, amma bu məsələyə baxacağıq" - Pompeo deyib.

Qeyd edək ki, ABŞ Tik-Toku milli təhlükəsizliyinə təhlükə kimi görür. Sosial şəbəkə rəhbərliyi isə verilənlər bazasının Çin xaricində yerləşdiyini bildirir.


Oxunma sayı: 9648

Oxşar yazılar