Pandemiya dövründə barlarda adambaşına düşən sahəyə dair norma müəyyənləşib

  • 20:45 - 06 İyul

Nazirlər Kabineti tərəfindən “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.

Qərara əsasən,  50 nəfərə qədər tutumu olan barlar üçün özünəxidmət zamanı adambaşına düşən sahə 4,24 kvadrat metr,  50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,76 kvadrat metr müəyyən olunub. Bu halda qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda  50 nəfərə qədər  və 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,2 kvadrat metr sahə olmalıdır. Xörəkpaylayanlar vasitəsilə xidmət zamanı 50 nəfərə qədər 3,84 kvadrat metr, 50 nəfərdən sonrakı hər adam üçün əlavə 3,36 kvadrat metr sahə müəyyən olunub. 

O cümlədən qida paylayıcı xətt qida qəbulu zalına daxil olduqda 50 nəfərə qədər və  50 nəfərdən sonrakı hər adam üçün əlavə 2,8 kvadratmetr sahə olmalıdır.


Oxunma sayı: 4291

Oxşar yazılar