Rusiya klubunun 3 futbolçusunda koronavirus aşkarlandı

  • 19:52 - 06 İyul

Rusiya Milli Futbol Liqasında (FNL) çıxış edən "Tom" klubunun 3 futbolçusu koronavirusa yoluxub.

Bu barədə klubun təmsil etdiyi Tom şəhərinin Operativ Qərargahı məlumat yayıb.

İnfeksiya aşkarlanan oyunçulardan biri xəstəxanaya yerləşdirilib, vəziyyəti sabitdir. Digər 2 futbolçunun durumu daha yaxşıdır və onlar ev şəraitində həkim nəzarəti altındadırlar.

Komandanın digər üzvlərinin analizlərinin nəticələri isə mənfi çıxıb.

Qeyd edək ki, "Tom" koronavirus pandemiyası səbəbindən dayandırılan mövsümü 9-cu pillədə başa vurub.(report)


Oxunma sayı: 21935

Oxşar yazılar