Nazirlik: Koronavirusa məsuliyyətsiz yanaşanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır

  • 18:45 - 06 İyul

Koronavirus infeksiyasına məsuliyyətsiz yanaşan insanlara qarşı ictimai qınaq formalaşdırılmalıdır.

İqtisadiyyat Nazirliyindən Avropa.info-ya verilən məlumata bu barədə fikir pandemiya ilə mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təşkil olunan növbəti video-konfransda səsləndirilib.

Vurğulanıb ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə, xüsusilə də qoruyucu maskalardan istifadə, sosial məsafənin saxlanılması və dezinfeksiyaedici vasitələrdən istifadə kimi vacib şərtlərə əməl edilməsi üçün qeyri-hökumət təşkilatları məlumatlandırma və maarifləndirmə tədbirlərinə öz töhfələrini verməlidir.

Video-konfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və birgə layihələrin icrası barədə razılığa gəlinib.


Oxunma sayı: 4445

Oxşar yazılar