Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır

  • 17:53 - 06 İyul

Xüsusi karantin rejiminin sərtləşdirilməsi müddətinin uzadılmasını nəzərə alaraq, 7 iyul 2020-ci il tarixindən etibarən əlavə göstərişədək Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən aşağıdakı elektrik qatarların hərəkəti müvəqqəti olaraq dayandırılır:

Bu barədə Avropa.info-ya “Azərbaycan Dəmir Yolları”QSC-dən bildirilib.

Bakıdan 07:38-də yola düşən 6003 Bakı-Xırdalan-Sumqayıt qatarı
- Bakıdan 16:50-də yola düşən 6013 Bakı-Xırdalan-Sumqayıt qatarı
- Bakıdan 18:45-də yola düşən 6617 Bakı-Pirşağı-Sumqayıt qatarı
- Bakıdan 20:25-də yola düşən 6027 Bakı-Xırdalan-Sumqayıt qatarı
- Sumqayıtdan 06:55-də yola düşən 6002 Sumqayıt-Xırdalan-Bakı qatarı
- Sumqayıtdan 08:35-də yola düşən 6010 Sumqayıt-Xırdalan-Bakı qatarı
- Sumqayıtdan 17:30-da yola düşən 6618 Sumqayıt-Pirşağı-Bakı qatarı
- Sumqayıtdan 19:28-də yola düşən 6026 Sumqayıt-Xırdalan-Bakı qatarı

İyulun 7-də qüvvəyə minəcək cədvəlləri nəzərinizə çatdırırıq:

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır - Gallery Image

 

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarların hərəkəti dayandırılır - Gallery Image

Oxunma sayı: 9758

Oxşar yazılar