Pakistanda daha bir nazir koronovirusa yoluxdu

  • 17:20 - 06 İyul

Pakistanın səhiyyə naziri Zəfər Mirzə koronovirus analizinin müsbət çıxdığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, "Twitter" səhifəsindən açıqlama verən nazir xəstəliyi yüngül simptomlarla keçirdiyini bildirib:

"Kovid-19 analizimin nəticəsi müsbət çıxdı. Həkimlərin tövsiyəsi ilə özümü evdə təcrid etdim və tədbirlər görürəm. Həmkarlarım, işləməyə davam edin. Çox böyük işlər görürsünüz, sizinlə fəxr edirəm".

Zəfər Mirzə Pakistan hökumətində koronovirusa yoluxan dördüncü nazirdir. Keçən həftə xarici işlər naziri Şah Mahmud Qüreyşi virusa yoluxmuşdu. Keçə ay isə dəmiryolları naziri Şeyx Rəşid Əhməd və Əyalətlər və Sərhəd bölgələri və Narkotiklə Mübarizə Nazirliyinin başçısı Şəhriyar Afidi Kovid-19 xəstəliyinə tutulmuşdu.


Oxunma sayı: 5589

Oxşar yazılar