Gizli işləyən oyun zalı tapıldı, 14 nəfər tutuldu - Foto

  • 16:53 - 06 İyul

Nizami rayonu “8-ci kilometr” qəsəbəsi ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində Bəhruz Niriyev 39/41 ünvanında 9 mərtəbəli binanın zirzəmisində “play station” salonunun işlədiyi məlum olub. Obyektə baxış zamanı 12 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Pbyektin sahibi və müştərilər saxlanılaraq ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada ciddi şəkildə cəzalandırılıblar.

 

 


Oxunma sayı: 4819

Oxşar yazılar