Ruhani parlament qarşısında ifadə verəcək

  • 16:44 - 06 İyul

İranlı deputatlar parlament qarşısında ifadə verməsi üçün prezident Həsən Ruhanini Məclisə çağıracaqlar. 

Avropa.info xəbər verir ki, İranın düşdüyü pis iqtisadi vəziyyətlə bağlı yaranan narazılıq Ruhaninin impiçmentinə qədər apara bilər. 290 deputatdan 120-i Ruhaninin ifadə verməsi üçün müraciətə imza ataraq Məclis sədr aparatına təqdim edib. Müraciətin qüvvəyə minməsi üçün Məclis sədr aparatının baxması lazımdır. 

İranlı analitiklər Ayətullah Əli Xamneyinin həmrəylik çağırışı edərək, müraciətin qüvvəyə minməsinin qarşısını alacağını şərh edirlər. Ruhaninin sələfi də eyni vəziyyətlə üz-üzə qalmış və amma Xamneyi səlahiyyətindən istifadə edərək, bunun qarşısını almışdı.

Tehranda deputat seçilmiş İqbal Şakiri "Deputatların prezident Ruhaniyə maliyyə bazarındakı böhranın səbəbləri, ilkin tələbat mallarının qiymətinin yüksəkliyi və insanların ilkin tələbatları barədə sualları olacaq" deyib.

Qeyd edək ki, İran ABŞ-ın sanksiyaları, yüksək inflyasiya, artan işsizlik, rialın dollar qarşısında sürətlə ucuzlaşması və koronovirus epidemiyası üzündən iqtisadi böhranla boğuşur.


Oxunma sayı: 3037

Oxşar yazılar