İsmayıllıda yük maşını aşdı, qadın sürücü öldü - Foto

  • 16:17 - 06 İyul

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info APA-ya istinadən bildirir ki, hadisə bu gün İsmayıllı-İvanovka yolunda qeydə alınıb. Gədəbəy rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynova Cəmalə Ruman qızı idarə etdiyi "Ford Tranzit" markalı, 99-BO-457 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü ölüb. Avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982-ci il təvəllüdlü Babazadə Sahil Muxtar oğlu yüngül xəsarət alıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 


Oxunma sayı: 5292

Oxşar yazılar