XİN-in həbs olunan əməkdaşlarından biri məşhur müğənninin atasıdır – Foto

  • 16:12 - 06 İyul

"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atası həbs edilib.

Avropa.info xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əməkdaşlarından biri də Səlim Əlizadədir.

Səlim Əlizadə müğənni Safura Əlizadənin atası, keçmiş Sənaye və Energetika naziri Natiq Əliyevin qudasıdır.

Qeyd edək ki, Azərbaycanı 2010-cu ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında “Drip-drop” mahnısı ilə təmsil edən Safura Əlizadə mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. Onun bu evlilikdən üç övladı var.


Oxunma sayı: 11122

Oxşar yazılar