Kremldən Ayasofya açıqlaması

  • 14:56 - 06 İyul

Kremldə Ayasofyanın statusu ilə bağlı qərarı Türkiyənin daxili işi sayırlar ancaq ümid edirlər ki, Türkiyə hökuməti bu məbədin əhəmiyyətini nəzərə alacaq.

Avropa.info xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

"Biz bunu şərh edə bilmərik, bu Türkiyə Respublikasının daxili işidir. Bilirsiniz ki, bu haqda Rusiya pravoslav kilsəsinin mövqeyini səsləndirən patriarxın və XİN müavini Verşininin açıqlaması olub. Mən sadəcə bunu deyə bilərəm. Ümid edirik ki, Sofiyanın statusu dünya mirası obyekti kimi diqqətə alınacaq" - Peskov deyib.


Oxunma sayı: 7261

Oxşar yazılar