"Virus Çindən yayılmayıb, həmişə burada idi" - İngilis alimdən şok pandemiya açıqlaması

  • 13:34 - 06 İyul

Oksford Universitetinin tibb üzrə mütəxəssisi Dr. Tom Cefferson yeni tip koronovirus pandemiyasının Çindən yayılmadığını iddia edib.

Avropa.info xəbər verir ki, "Daily Telegraph"a açıqlama verən Cefferson virusun Uhandakı laboratoriyadan çıxmadığını, uzun müddətdir planetin hər yerində yuxu vəziyyətində olduğunu deyib.

"Məncə virus həmişə burada idi, burada deyərkən hər yeri nəzərdə tuturam. Ehtimal ki, yuxu vəziyyətində ikən təbiət tərəfindən oyandırılan virusla üz-üzəyik" - Dr. Tom Cefferson deyib.

O, virusun Çindən çıxmadan əvvəl Avropada qeydə alındığına dair sübutların olduğunu, İspaniya epidemiologiya mütəxəssislərinin 2019-un martında Barselonanın kanalizasiya sularında yeni tip koronovirus aşkarladıqlarını xatırladıb.

Koronovirus izlərinin keçən ilin dekabr ayında İtaliyanın Milan və Truin şəhərlərində, noyabr ayında Braziliyanın Florianopolis şəhərində üzə çıxdığını qeyd edib.

Kovid-19-u 1918-1920-ci illərdə 100 milyona yaxın adamı öldürən ispan qripi ilə müqayisə edən Cefferson bu sözləri deyib:

"1918-ci ildə Qərbi Samoanın hər üç sakinindən biri ispan qripi üzündən həyatını itirdi. Halbuki bu xalqın xarici aləmlə heç bir təması yox idi. Bunun açıqlaması ancaq belə ola bilər, bu viruslar heç bir yerdən gəlmir və heç bir yerə getmir. Onlar həmişə buradadır və bəzən bir şey onları aktiv hala gətirir, dünya əhalisinin sıxlığı və digər təbiət şərtləri ola bilər".


Oxunma sayı: 11848

Oxşar yazılar