Dünya şöhrətli italyan bəstəkar vəfat edib

  • 12:38 - 06 İyul

İtalyan bəstəkar, aranjemançı və bəstəkar Ennio Morrikone 91 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, Morrikone bir neçə gün əvvəl yıxılaraq ombasını sındırmış və xəstəxanaya çatdırılmışdı. O, bu səhər Roma xəstəxanasında vəfat edib. Həyatı boyunca 400 film və teleserial üçün mahnı bəstələyən bəstəkar iki "Oskar" və bir çox başqa mükafatın sahibidir.

Onun "Toxunulmazlar filminə yazdığı musiqi 1988-ci ildə "Qremmi" mükafatına layiq görülüb. 


Oxunma sayı: 9615

Oxşar yazılar