Türkiyədə avtobus aşdı: 1 ölü, 17 yaralı

  • 10:17 - 06 İyul

Türkiyənin Kocaeli əyalətinin Gebze rayonunda sərnişin avtobusu aşıb.

Avropa.info xəbər verir ki, hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza nəticəsində 1 nəfər həlak olub, 17 nəfər isə xəsarət alıb.

Qəza ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 4940

Oxşar yazılar