“Putinin limuzini” sınaqdan keçirildi - Video

  • 23:03 - 05 İyul

“Putinin limuzini” kimi tanınan “Aurus” avtomobilinin qəza testi keçirilib. 

Virtualaz.org yerli KİV-nə istinadən bildirir ki, testin görüntüləri “Zvezda” kanalında yayımlanıb. 

Avtomobil saatda 64 km sürətlə maneəyə çırpılıb. Avtomobilin içərisinə sürücü və sərnişinin əvəzinə iki maneken yerləşdirilib. 

Qəza nəticəsində bəlli olub ki, avtomobilin ön hissəsinin güclü zədələnməyə məruz qalmasına baxmayaraq, manekenlər yerlərində qalıb. 

Qəza zamanı təhlükəsizlik yastıqları işə düşüb, buna görə də sınağı keçirənlər bunu uğurlu hesab ediblər.


Oxunma sayı: 7316

Oxşar yazılar