69 yaşlı pilot idman təyyarəsi ilə qəza törətdi

  • 22:48 - 05 İyul

Polşada kiçik mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

APA terazkrosno.pl portalına istinadən xəbər verir ki, Polşanın Krosno şəhərində idman təyyarəsi yerə çırpılıb.

Məlumata görə, ölən yoxdur. Sadəcə, parklama vəziyyətində olan minik maşını əzilib.

Təyyarədə yalnız pilot olub. Sayt bildirir ki, 69 yaşlı pilot sərbəst şəkildə təyyarəni tərk edib.

Qəza ilə bağlı araşdırma aparılır.


Oxunma sayı: 6216

Oxşar yazılar