Hindistanda 20-dən çox insan ildırım vurması nəticəsində ölüb

  • 19:33 - 05 İyul

Hindistanda Uttar Pradeş ştatının ən az 23 sakini şimşək çaxması nəticəsində həlak olub, 29 nəfər yaralanıb.

Bu barədə "NDTV" telekanalı yerli hakimiyyət orqanlarına istinadən bildirib.

Kanalın verdiyi məlumata görə, Allahabadda 8 nəfər, Mirzapur və Bhadokhi şəhərlərində altı nəfər, Kausambidə daha iki nəfər və Jaunpurda bir nəfər fəlakət qurbanı oldu.

Yerli hakimiyyət orqanları zərərçəkənlərin yaxınlarına kompensasiya ödəyəcəklərini vəd edib.(trend)


Oxunma sayı: 7404

Oxşar yazılar