ABŞ-da Müstəqillik Günü qeyd edilib

  • 19:01 - 05 İyul

İyulun 4-ü Birləşmiş Ştatlarda 1776-cı ildə ölkənin Böyük Britaniyadan müstəqilliyini elan edən ABŞ Müstəqillik Bəyannaməsinin qəbulu günü kimi qeyd olunur. 

Avropa.info report-a istinadən xəbər verir ki, amerikalıların əksəriyyəti bu bayramı sadəcə onun tarixinə görə “Dörd iyul” adlandırırlar. 

Koronavirus pandemiyasına baxmayaraq, bu gün paytaxt Vaşinqton olmaqla ABŞ-ın bir çox şəhərlərində, xüsusilə Nyu-York şəhərində də qeyd olunub. 

Lakin bayram üçün təşkil olunan dünyanın ən böyük atəşfəşanlıq şousu pandemiya səbəbi ilə bu il bir qədər sönük keçib. Eyni zamanda hərbi paradlar da ləğv olunub. 

Nyu-York şəhərinin meri Bill de Blazio bildirib ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün şəhərdə təşkil olunan atəşfəşanlıq şousunun yeri və saatı açıqlanmayıb.  Elə bu səbəbdən də, şounu izləyənlər məhdud sayda olub. 

“Times” Meydanından başlayaraq şəhərin şərq çayı boyunca Bruklin və Manhetten körpüsünün ətrafında baş tutan rəngarəng atəşfəşanlıq şousu İmperiya Dövlət Binasında (Empire State Building - Red) sona çatıb. Yarım saat müddətində reallaşan möhtəşəm şou küçələrdə qoyulan nəhəng manitorlarda və yeri televiziya kanalları ilə canlı yayımlanıb. Şəhərin küçələrində sosial məsafənin qorunması və tibbi maskadan istifadənin zəruri olduğunu bildirən lövhələr qoyulub.


Oxunma sayı: 8647

Oxşar yazılar