Türkiyədə “Bataqlıq” əməliyyatında daha 34 şübhəli saxlanıb

  • 15:54 - 05 İyul

Türkiyədə narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirləri ilə əlaqədar “Bataqlıq  əməliyyatı” çərçivəsində  daha 34 şübhəli saxlanıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu “Bataqlıq  əməliyyatı”nı Türkiyə Cümhuriyyəti tarixində narkotik maddələrin dövriyyəsi əleyhinə keçirilən mübarizə tədbirlərinin ən böyük cinayət axtarış əməliyyatı adlandırılaraq Hollandiya, Belçika, İtaliya, İngiltərə, İspaniya, Braziliya, Ekvador və Peru olmaqla 9 ölkənin 30 iyundan eyni anda bu prosesə başladığını elan edib.(apa)


Oxunma sayı: 10660

Oxşar yazılar