Rusiyada son sutka ərzində daha 6736 nəfər koronavirusa yoluxub, 134 nəfər ölüb

  • 13:57 - 05 İyul

Rusiyada son sutka ərzində 6 736 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 681 251 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahından məlumat verilib.

Qeyd olunub ki, gün ərzində 134 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 161 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 3 871 nəfər xəstəxanadan evə buraxılıb, ümumilikdə isə 450 750 nəfər koronavirusdan sağalıb.


Oxunma sayı: 6205

Oxşar yazılar