Ermənistanda daha 706 nəfərdə koronavirus aşkarlanıb, 7 nəfər ölüb

  • 13:40 - 05 İyul

Son sutka ərzində Ermənistanda koronavirusa yoluxma hallarının sayı 706 nəfər artaraq 28 606 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, bu barədə respublikanın Milli Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzinin saytında bildirilib. 

Eyni zamanda son bir gündə Ermənistanda 7 nəfər virusdan ölüb, COVID-19 qurbanlarının ümumi sayı 484-ə çatıb. 

Qeyd olunub ki, 16 140 xəstə sağalıb. Hazırda 11 824 pasiyent müalicə olunur. 122 682 test keçirilib.


Oxunma sayı: 7195

Oxşar yazılar