Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq edib

  • 12:38 - 05 İyul

Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib. 

Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək.  

Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir. 

Meteoroloji proqnozda o da deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal Dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo Bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir. (apa)


Oxunma sayı: 7327

Oxşar yazılar