Naftalanda ana və qızını bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

  • 10:35 - 05 İyul

Naftalan rayonunda qətl törədən şəxs müəyyən edilib.

Şəhərdə 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənovanı bıçaqlayan şəxs 1975-ci il təvəllüdlü Məmmədov Zəfər Həsən oğludur.

Artıq o, polis əməkdaşları tərəfindən saxlanılıb.

***08:55

Naftalanda qətl törədilib. 

"Report"un məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Elnurə Verdiyeva və qızı, 2002-ci il təvəllüdlü Aysun Həsənova bıçaqlanıb. Nəticədə E.Verdiyeva ölüb, qızı isə belindən aldığı ağır bıçaq xəsarəti ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


 


Oxunma sayı: 17964

Oxşar yazılar