Türkiyədə fabrikdə baş vermiş partlayışa görə 3 nəfər həbs edilib

  • 22:05 - 04 İyul

Türkiyənin Sakarya vilayətindəki pirotexnika istehsalı fabrikində baş vermiş partlayışa görə 3 nəfər haqqında tutulma qərarı çıxarılıb. 

Avropa.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Sakarya Cumhuriyyət Prokurorluğu tərəfindən verilib.  

Qeyd edək ki, iyulun 3-də Türkiyənin Sakarya vilayətində fişəng istehsal edən fabrikdə partlayış baş verib. Hendek rayonunda yerləşən fabrikdə ard-arda bir neçə şiddətli partlayış olub. Partlayış nəticəsində 4 nəfər ölüb, 114 nəfər yaralanıb. 

 

 


Oxunma sayı: 8350

Oxşar yazılar