“Sobsan” boya fabrikindəki yanğın söndürülüb - Video (Yenilənib)

  • 04:03 - 05 İyul

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın söndürülüb.

 

Avropa.info xəbər verir ki, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən soyutma işləri aparılır.

***

01:56

Binəqədi rayonundakı "Sobsan" boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bunu Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev bildirib.

Nazir müavini qeyd edib ki, artıq yanğının yayılma təhlükəsi yoxdur: “Yanğın ərazisinə 300-ə qədər canlı qüvvə və 50-dək texnika cəlb olunub. Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan bəzilərinə ambulator yardım göstərilərək, öz iş yerlərinə qayıdıblar”.

Nazir müavini bildirib ki, ilkin məlumata görə, yanğın 2500-3000 kvadratmetr ərazini əhatə edib. Yanğın ərazisində boya, aseton və s. kimi tez alışan maddələr əksəriyyət təşkil edib. 

***

00:18

"Sobsan" boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Sobsan boya fabrikində yanğının söndürülməsi tədbirləri ilə yanaşı, fabrikdə, eləcə də onun anbarında salamat qalmış mal-materialların FHN-in müvafiq qüvvələri tərəfindən ərazidən kənarlaşdırılması işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

23:50

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gəlib.

***

22:24

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadsı göndərilib.

TƏBİB-dən Avropa.info-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadsına müraciət edən olmayıb.

 

***

21:38

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan  verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

Yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.(apa)

***

Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb. 

Avropa.info xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

Əlavə məlumat veriləcək.

 

 

1 / 16


 


Oxunma sayı: 11727

Oxşar yazılar