İmişlidə icra başçısı polislə birgə reyd keçirib - FOTO

  • 19:35 - 04 İyul

İmişli rayonunda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə  əlaqədar reyd keçirilib. 


Avropa.info xəbər verir ki, bu gün İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və İcra aparatında yaradılmış Qərargahın üzvlərinin birgə iştirakı ilə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə reyd keçirilib. 
 Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını,  bazar ərazisini, ictimai-iaşə və ticarət obyektlərini əhatə edib. Əhali ilə söhbətlərində koronavirusun fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər barədə məlumat verən İcra başçısı vətəndaşları gigiyenik vasitələrdən, o cümlədən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla təmas məsafəsini gözləməyə çağırıb. Reyd zamanı aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə ciddi xəbərdarlıqlar olunub. Həmçinin ətrafdan keçən sakinlərə maskalar paylanılıb.


Oxunma sayı: 13300

Oxşar yazılar