FIFA "Arsenal"ı transferlərə görə cərimələdi

  • 18:30 - 04 İyul

FIFA İngiltərənin "Arsenal" klubunu 40 min İsveçrə frankı (təxminən 37.6 min avro) məbləğində cərimələyib. 

Buna transfer zamanı qaydaların pozulması səbəb olub. Ali futbol qurumu London təmsilçisinə xəbərdarlıq da edib.  

Klub 2018-ci ildə Yunanıstan PAOK-una satdığı Çuba Ekpomun və İtaliya təmsilçisi "Frosinone"yə keçən Coel Kempbellin transferinə görə cəza alıb. 

"Arsenal"ın futbolçuların başqa İngiltərə təmsilçisinə satılmaması üçün klublara şərt qoyduğu üzə çıxıb. 


Oxunma sayı: 18360

Oxşar yazılar