Rusiyada daha 168 nəfər pandemiyanın qurbanı oldu

  • 16:12 - 04 İyul

Rusiyada son sutka ərzində 6 632 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 674 515 nəfərə çatıb.

Bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində 168 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 027 nəfərə çatıb.

Xüsusilə, Sankt-Peterburqda 31, Moskvada 25, Krasnoyarsk diyarında 18 nəfər öldü.

Rusiyada son sutka ərzində 8 986 nəfər xəstəxanadan evə buraxılıb, ümumilikdə isə 446 879 nəfər koronavirusdan sağalıb.


Oxunma sayı: 11485

Oxşar yazılar