Putin LGBT bayrağı asan ABŞ səfirliyini lağa qoydu : "Onlar, bu bayrağı asmaqla ABŞ səfirliyində kimlərin çalışdığını göstərdilər"

  • 15:18 - 04 İyul

Rusiya prezidenti  Vladimir Putin ABŞ-ın Moskvadakı səfirliyi önündə LGBT bayrağının asılmasına münasibət bildirib. 

Avropa.info xəbər verir ki, Putin Konsitutsiya Dəyişikliyi Komissiyası ilə keçirdiyi toplantıda, ABŞ səfirliyi əməkdaşlarını homoseksullarla eyniləşdirərək lağ edib.  


"Onlar, bu bayrağı asmaqla ABŞ səfirliyində kimlərin çalışdıqlarını göstərdilər. Lakin, bu bizim üçün qorxunc deyil. Bununla bağlı dəfələrlə açıqlama verdik. Bu məsələdə mövqeyimiz konkretdir"- Putin belə deyib.

Homoseksul təbliğatın yayılmasını əngəlləyən bir qanun hazırladıqlarını bildirən Putin, Rusiyanın yeni Konsitutsiyasının eynicinsli nigahları yasaqladığını qeyd edib.  

Xatırladaq ki, Rusiyada sabahdan etibarən qüvvəyə minəcək yeni Konsitutsiyanın 72-ci maddəsində yer alan "kişi və qadının birliyindən ibarət evlilik qurumunun qorunması" ifadəsi eynicinsli evlilik yolunu bağlayır.

Avropa.info


Oxunma sayı: 7646

Oxşar yazılar