ÜST koronavirusla mübarizədə yeganə ümidverici dərmanın adını açıqladı - Lakin, ABŞ bu dərmanın hamısını satın alıb (FOTO)

  • 13:13 - 04 İyul

Ümumdünya Səhiyyə Təşkilatı rəsmisi Dr. Soumya Svaminathan, ölümcül koronavirusa qarşı bu günə kimi istehsal olunan dərmanlar arasında yalnız "Remdesivir" adlı dərmanın testlərinin ümidverici nəticələr ortaya qoyduğunu bildirib. 

Avropa.info xəbər verir ki, Cenevrədə mətbuat konfransı keçirən Dr. Soumya Svaminathan, "Remdesivir" verilən xəstələrin vəziyyətinin yüngülləşdiyini, ancaq ölüm hallarının hələ də azalmadığını deyib:
 

"Hazırkı araşdırmalarda bu dərmandan istifadə edən xəstələrin daha tez sağaldığını görürük. "Remdesivir" istifadə edən xəstələr 11 gündə sağalarkən, bu dərmandan istifadə etməyən xəstələr 15 günə sağala bilir."

Qeyd edək ki, ABŞ-ın koronavirusun müalicəsində istifadə edilən "Remdesivir" adlı antiviral dərmanın dünyadak bütün stokunu satın aldığı bildirilir. Bu isə heç bir ölkənin ən azı 3 ay bu dərmanı əldə edə bilməyəcəyi anlamına gəlir. 
 

Ebolanı müalicə etmək üçün istehsal olunan, lakin bu xəstəliyin müalicəsində başarsız  olan "Remdesivir",  ABŞ-da koronavirusun müalicəsi üçün icazə verilən ilk dərman olmuşdu. Avropa Dərman Qurumu da koronavirusun müalicəsində ilk olaraq bu dərmanı tövsiyyə etmişdi. 

ABŞ-da edilən ilk araşdırmada "Remdesivir"dən istifadənin xəstələrin müalicə müddətini azaltdığını göstərib. 

Avropa.info

 


Oxunma sayı: 14257

Oxşar yazılar