Türkiyə təhlükəsizlik qüvvələri başına 500 min mükafat qoyulmuş PKK terrorçusunu məhv etdi

  • 12:16 - 04 İyul

Türkiyənin Tuceli vilayətinin Ovacık rayonunda dünən zərərsizləşdirilən iki terrorçudan birinin "boz siyahı"da axtarışda olan Fərhad Atəş olduğu müəyyən edilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə DİN məlumat yayıb. Jandarma Xüsusi Əməliyyat hissələri dünən havadan dəstəklə antiterror əməliyyatı keçirmişdi. Öldürülən terrorçulardan birinin "Terrorçuluqdan axtarışda olanlar" siyahısında başına 500 min lirə qoyulmuş "Sefkan Mardin" kod adlı Fərhad Atəş olduğu üzə çıxıb. 


Oxunma sayı: 15841

Oxşar yazılar