ABŞ Çin sahillərinə hərbi donanma göndərdi

  • 11:37 - 04 İyul

ABŞ Cənubi-Çin dənizinə "Ronald Reyqan" və "Nimits" təyyarədaşıyan gəmiləri olmaqla, hərbi gəmilərdən ibarət zərbə qrupu göndərib.

Avropa.info xəbər verir ki, bu barədə " Wall Street Journal" nəşri yazıb. Hərbi donanmanın göndərildiyi ərazidə Çin donanması hərbi təlimlər keçirir. Zərbə qrupunun komandiri Corc Uikoff donanmanın göndərilməsini ABŞ-ın regionda təhlükəsizlik və stabilliyə bağlı olduğunu müttəfiqlərinə göstərməsi üçün "birmənalı olmayan siqnal" kimi qiymətləndirib. 

O, amerikan gəmilərinin Cənubi-Çin dənizində harada fəaliyyət göstərəcəyini deməsə də, bunun Çinə cavab olmadığını da qeyd edib. O, Pekinin artan hərbi gücц qarşısında ABŞ-ın regionda hərbi-dəniz mövcudluğunun əsaslı olduğunu bildirib.


Oxunma sayı: 7954

Oxşar yazılar