Bir həftədə 5 milyard dollar qazandı, "qətiyyən vecimə deyil", dedi

  • 10:31 - 04 İyul

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi həftə ərzində sərvərini 5,2 milyard dollar artıraraq 46,3 milyard dollara çatdırıb.

Avropa.info xəbər verir ki, bu barədə "Forbes" məlumat verib.

"Mənim qətiyyən vecimə deyil. Bütün bu rəqəmlər uçurlar, düşürlər, lakin əsl vacib olan insanların xoşuna gələn məhsul yaratmağımızdır" - İlon Mask deyib.

Mask ABŞ-ın ən varlı adamları sırasında 16-cı yeri tutur. Analoji dünya reytinqində isə 22-ci yerdə qərarlaşıb.


Oxunma sayı: 5204

Oxşar yazılar