Putin: "Rusiya ölkəyə miqrant axınında maraqlıdır"

  • 23:30 - 03 İyul

Rusiya ölkəyə miqrantların axınında maraqlıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin ölkə konstitusiyasına dəyişikliklərin hazırlanması ilə bağlı işçi qrupun üzvləri ilə görüşündə bildirib.

"Rusiyanın yeni vətəndaş axınına ehtiyacı var. Tezliklə ölkədə işçi qüvvəsi çatışmayacaq. Bunun ölkədə iqtisadi artımın obyektiv məhdudlaşdırıcısına  çevriləcəyi açıq aydın görünür", - deyə Rusiya Prezidenti vurğulayıb.

 

Putinin sözlərinə görə, miqrasiya mövzusu iqtisadi nöqteyi nəzərdən də vacibdir: "Bu, dövlət siyasəti olmalıdır. Rusiya miqrant axınında maraqlıdır. Lakin bu axında ölkəyə lazım olanlar yer almalıdır. Burada söhbət cavan, sağlam, təhsilli insanlardan, ya da təhsil almağa, əmək bazarına daxil olmağa çalışan, ya da lazımi səviyyədə ixtisaslaşmış insanlardan gedir".(apa)


 


Oxunma sayı: 5611

Oxşar yazılar