Türkiyədə gün ərzində 19 nəfər koronavirusdan öldü

  • 22:25 - 03 İyul


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb. 

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib. 

Nazir qeyd edib ki, son 24 saatda 52 141 şübhəli koronavirus testindən keçib, onlardan 1172-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1313 xəstə sağalıb. 

Türkiyədə indiyədək 203 456 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5186 nəfər ölüb, 178 278 nəfər isə müalicə olunaraq sağalıb. 

Nazir bildirib ki, vəfat edənlərin 70 fazinin yaşı 65-dən yuxarıdır.(apa)


Oxunma sayı: 6172

Oxşar yazılar