Pakistanın xarici işlər naziri koronavirusa yoluxub

  • 22:00 - 03 İyul

Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi COVID-19 virusuna yoluxub.

Avropa.info xəbər verir ki, bu barədə nazirin özü “Twitter” hesabında bildirib:

“Bu gün günorta vaxtı bir az qızdırma hiss edib dərhal evimizdə özümü karantinə aldım. COVID-19-la bağlı testim müsbət çıxıb. Allahın mərhəmətilə özümü güclü və gümrah hiss edirəm. Evdən iş vəzifəmi bundan sonra da yerinə yetirəcəyəm. Lütfən dualarınızı məndən əsirgəməyin”, - XİN başçısı yazıb.


 


Oxunma sayı: 5633

Oxşar yazılar