İstanbulda İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib

  • 19:27 - 03 İyul

İstanbulda İŞİD terror təşkilatının üzvlərinin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Avropa.info xəbər verir ki, İstanbul Terrorla Mübarizə İdarəsi tərəfindən keçirilən antiterror əməliyyatı zamanı sosial media hesabları vasitəsilə İŞİD-i dəstəkləyən paylaşımlar edən 17 nəfər saxlanılıb. Onlardan doqquzunun xarici ölkə vətəndaşı olduğu, ölkədən deportasiya edilmələri ilə bağlı prosedurların aparıldığı bildirilir.
Əməliyyatlar zamanı şəhərin müxtəlif rayonlarında 14 ünvanda aparılan axtarış zamanı silah və çoxlu saytda rəqəmsal material ələ keçirilib.


Oxunma sayı: 6436

Oxşar yazılar