TƏBİB sədri: "Bütün tibb personalı içərisində yoluxma göstəricisi 8%-dir"

  • 18:22 - 03 İyul

“Xüsusi rejimli xəstəxanalarda cüzu yoluxma faktı var. Misal olaraq Mərkəzi Neftçilər Xəstəxanasında 7 yoluxma halı var idisə, onun da 4-ü evdə yoluxub”.

Avropa.info report-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, bütün tibb personalı içərisində yoluxma göstəricisi 8% təşkil edir: “Bunun böyük hissəsi evlərdən daşınan infeksiyalardır”. 

TƏBİB sədri əlavə edib ki, əksəriyyət də digər tibb müəssisələrində olan yoluxmalardır.


Oxunma sayı: 5149

Oxşar yazılar