Pandemiyanın tez bitməsi üçün bu sadə qaydalara əməl etməliyik - Prezidentin köməkçisi

  • 17:41 - 03 İyul

Mənə tez-tez suallar verilir ki, bu nə vaxt bitəcək? Bu sualın cavabı bu dəqiqə bütün dünyanı maraqlandırır. Hər birimiz istəyirik ki, bu, tez bitsin".

Avropa.info bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

"Yəqin ki, heç kim istəməz ki, isti havada əlcək, maska taxsın. Biz də istəyirik pandemiya tez qurtarsın. Amma bunun üçün hamımız bu sadə tələblərə (maska taxmaq, sosial məsafə qorumaq) əməl etməliyik.

Bu gün bütün dünya üçün bir çox suallar var. Təəssüf ki, bu sualların bir çoxuna cavab yoxdur və axtarışı davam edir. Hər gün yeni nəsə bir şey öyrənirik. Bu gün biz unikal vəziyyətdəyik ki, dünya təcrübəsi yoxdur. Və bu qeyri-müəyyənlik təbii ki, hamını, şəxsən məni narahat edir".

Qeyd edək ki, bu gün Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxub, 7 nəfər isə vəfat edib.


Oxunma sayı: 4434

Oxşar yazılar