Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, 395 nəfər sağaldı – 7 nəfər vəfat edib

  • 17:17 - 03 İyul

Bu gün Azərbaycanda 7137 test icra olunub. 583 yeni yoluxma faktı qeydə alınıb.

Avropa.info-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, 7 nəfər vəfat edib, 395 nəfər sağalaraq, evə buraxılıb:

"Aktiv xəstələ 8212 nəfərdir. Onlardan 267 nəfər reanimasitadadır, 59 nəfər süni tənəffüs aparatına qoşulub".


Oxunma sayı: 6601

Oxşar yazılar