Həbib Nurməhəmmədovun atası vəfat etdi

  • 17:15 - 03 İyul

Qarışıq döyüş növləri üzrə UFC çempionu Həbib Nurməhəmmədovun atası, məşqçi Əbdülmanap Nurməhəmmədov vəfat edib.

Avropa.info xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. Həbibin atasının beyinə qan sızması və sepsisin yaratdığı problemlərdən vəfat etdiyi bildirilir. 

Qeyd edək ki, Əbdülmanap Nurməhəmmədov son həftələri Moskva xəstəxanasında müalicə olunurdu. Ona ikitərəfli poliseqmentar pnevmoniya, ürək və damar xəstəlikləri diaqnozu qoyulmuşdu. Əbdülmanap Nurməhəmmədov insult da keçirmişdi.

Ölüm bu gün saat 14:00-da qeydə alınıb.


Oxunma sayı: 11122

Oxşar yazılar