Ərdoğandan Ayasofya açıqlaması: "Kimsənin qarışmaq haqqı yoxdur..."

  • 16:59 - 03 İyul

Türkiyə prezidenti Ərdoğan İstanbulun Levent rayonunda Barbaros Xeyrəddin Paşa camisinin tikintisinin açılışında iştirak edib.

Avropa.info xəbər verir ki, Memar Sinanın vaxtilə tikdirdiyi Süleymaniyə camisindən təsirlənərək tikiləcək məscid bölgənin ən böyük ibadətxanası olacaq. Zəlzələ kimi təbii fəlakətlərdə əhalinin yığışma yeri kimi də istifadə oluna biləcək.

Ərdoğan Aya Sofya məbədinin yenidən məscidə kimi fəaliyyət göstərməsinə də münasibət bildirib:

“Biz necə başqa ölkələrdəki ibadətxanalara qarışmırıq, kimsənin də bizim ibadətxanalarımıza qarışmaq haqqı yoxdur. Hal-hazırda ölkəmizdə 435 kilsə, sinaqoq var. Balatdakı dəmir kilsə nümunəsində olduğu kimi yeni kilsələrə biz dəstək verdik, dövlətin büdcəsi ilə bunları etdik. Belə bir ölkəni ibadətxanalar vasitəsilə tənqid etmək həqiqətləri ört-basdır etməkdir. 

Aya Sofyaya məsələsində bizə qarşı irəli sürülən ittihamlar suverenlik haqlarımıza hücum məqsədi daşıyır. Biz ölkəmizdə müsəlmanların da, digər dinlərə mənsub olanların da haqqını-hüququnu qorumağa davam edəcəyik”. 


Oxunma sayı: 6315

Oxşar yazılar