İmişlidə sakinlər yanacaqdoldurma məntəqəsinin sahibindən şikayət edir: Məhkəmənin qərarını heçə sayaraq yolumuzu zəbt edib - Video/Foto

  • 16:21 - 03 İyul

İmişli sakinləri rayon ərazisində fəaliyyət göstərən "SOKOL" yanacaqdoldurma məntəqəsinin sahibi Nurməmməd Qafarovun onların yolunun qanunsuz zəbtinə etiraz olaraq videomüraciət ünvanlayıb.

Neçə illərdir  yüzlərlə sakinin yolu yerli iş adamı Nurməmməd Qafarov tərəfindən zəbt olunaraq özünə məxsus yanacaqdoldurma məntəqəsinin ərazisinə qatılmışdı. 14 gün öncə məhkəmənin qərarı əsasında İmişli rayon icra xidmətinin əməkdaşları və İmişli Şəhər Bələdiyyəsinin sədri Mehman İsmayılovun iştirakı ilə həmin tikili söküldü. Qanunsuz zəbt olunan yolumuz  bələdiyyə tərəfindən bərpa edilərək biz sakinlərin istifadəsinə verilmişdi.


Sonradan yanacaq doldurma məntəqəsinin sahibi Nurməmməd Qafarov məhkəmənin qərarını heçə sayaraq bələdiyyə tərəfindən kanala atılan borunu özbaşına çıxarıb və yolu yenidən bağlayıb.


Avropa.info sözügedən videomüraciəti təqdim edir:


Oxunma sayı: 7305

Oxşar yazılar