Koronovirusun birdən-birə sürətlə yayılmasının sirri tapıldı: Mutant virus

  • 14:52 - 03 İyul

ABŞ-ın Los-Alamosda yerləşən Milli Laboratoriyasının alimləri koronovirusun pandemiya dövründə dominant olan Spike D614G mutasiyasını aşkarlayıblar.

Avropa.info xəbər verir ki, alimlər hesab edirlər ki, mutasiya virusunun daha sürətlə yayılmasına və daha yoluxucu olmasına şərait yaradır. Spike D614G mutasiyası ACE2 hüceyrələrinə bağlı olan S zülalına toxunur. Mutasiya keçirmiş koronovirus Avropada qeydə alındı və sürətli şəkildə SARS-CoV-2-un Uhan formasını dəyişdirdi.

D614G koronovirusu insanları daha çox ilk başda D614 variantının olduğu lokal epidemiyalarda aktiv şəkildə yoluxdurmağa başlayıb.

Böyük Britaniyada koronovirusa yoluxmuş 999 xəstədə nəfər yolları parçalarında daha böyük virus yükü aşkarlanıb. Bu onu göstərir ki, mutant virus 3-6 dəfə daha sürətlə yayılır və özünü çoxaldır. 


Oxunma sayı: 20307

Oxşar yazılar