Sürücülərin nəzərinə: "20 yanvar" dairəsindən bu istiqamətə giriş dayandırılır

  • 14:03 - 03 İyul

İyunun 4-5-də “3-cü mikrorayon” dairəsi üzərindən keçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avropa.info-ya verilən məlumata görə, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır.

Alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.


Oxunma sayı: 5622

Oxşar yazılar