Bakıda Polis günü ilə bağlı unikal aksiya – Fotolar

  • 13:33 - 03 İyul

"XXI əsrin qadınları" İctimai Birliyi ilə "Ailə dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyi Polis günü ilə Bakıda aksiya keçirib.

Bu barədə Avropa.info-ya "XXI əsrin qadınları" İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova məlumat verib.

M.Əmirhüseynova bildirib ki, karantin rejimi günlərində Bakının Nəsimi, Səbael və Binəqədi rayonlarında xidməti vəzifəsini yerinə yetinən polis əməkdaşlarına gül təqdim olunub: 

""Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova ilə birlikdə polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik etdik və bu çətin günlərdə vətəndaşlara xüsusi qayğı ilə yanaşan polislərimizə gül dəstələri təqdim etdik.  Sərt karantin rejimi günlərində polislərimiz fəaliyyətini xüsusi peşəkarlıqla həyata keçirirlər. Bu çətin günlərdə polislərimizi təbrik üçün keçirdiyimiz aksiya polislərimiz tərəfindən xüsusi məmnunluqla qarşılandı".

 

 

 


Oxunma sayı: 5325

Oxşar yazılar