Təcili! DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir – Rəsmi

  • 13:20 - 03 İyul

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Xarici İşlər Nazirliyində (XİN) əməliyyat keçirir.

Avropa.info DTX-nın saytına istinadən xəbər verir ki, XİN-in bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Oxunma sayı: 11463

Oxşar yazılar