Bəhram Bağırzadə günbəgün yaxşılaşır - Xanımından açıqlama

  • 12:18 - 03 İyul

Əməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabildir, günbəgün yaxşılaşma gedir.

Bu barədə modern.az-a Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə bildirib.

Ş.Bağırzadə qeyd edib ki, həyat yoldaşı hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir:

"Reanimasiya şəraitində müalicəsi davam etdirilir, həkimlər əllərindən gələni əsirgəmirlər”.

O, B.Bağırzadənin yenidən koronavirus testi edilmədiyini deyib:

"Hələlik həkimlər bütün diqqəti onun vəziyyətdən tam çıxmasına yönəldiblər. Nə vaxt yenidən test ediləcəyi həkimlərin qərarından asılıdır”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülmüş əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələnmişdi. Xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

EKMO cihazının istifadə müddəti 2-3 həftə olduğuna görə və bu müddətdən sonra fəsadların əmələ gəlmə ehtimalları nəzərə alınaraq, B.Bağırzadə 17 gün sonra EKMO cihazından ayırılaraq süni tənəffüs aparatına qoşulub.


Oxunma sayı: 1904

Oxşar yazılar