TikTok hansı şəxsi məlumatlarınızı oğurlayır? – Qalmaqalın bütün detalları üzə çıxdı

  • 11:54 - 03 İyul

Son dövrlər ən populyar sosial şəbəkələrdən birinə çevrilən TikTok şəxsi məlumatların sızması qalmaqalı ilə sarsılır.

Avropa.info xəbər verir ki, TikTok şəxsi məlumatların sızması probleminə görə, Hindistandan tutmuş ABŞ-a qədər qadağalarla üzləşən TikTok üçün daha bir pis xəbər Türkiyədən gəldi. 

Türkiyənin Şəxsi Məlumatları Qoruma Qurumu (KVKK) TikTok barəsində istintaqa başlayıb. Dünya miqyasında 800 milyona yaxın istifadəçisi olan TikTokun Türkiyədə 28,4 milyon istifadəçisi var. Türkiyə bu rəqəmlə üçüncü sırada gəlir. Baş verən qalmaqaldan neçə adamın zərər çəkdiyi KVKK-nın araşdırmasından sonra məlum olacaq.

“Reddit” sosial şəbəkəsində paylaşılan xəbərə görə, Tik-Tok tətbiqetməsi istifadəçilərin telefon nömrəsi, Wi-Fi ünvanlarını, lokasiya və onlarla məlumatı əldə edərək qeydiyyatını aparır.

“Reddit”də dərc olunan paylaşıma görə, TikTok istifadəçilərinin bu məlumatlarını toplayır:

- Cihazın texniki parametrləri haqda məlumatları (brauzer, ekran ölçüsü, yaddaş, RAM)

- İstifadəçilərin fəal şəkildə istifadə etdikləri tətbiqetmələrlə yanaşı keçmişdə endirdiyi, lakin sonra sildiyi tətbiqetmələrin qeydlərini 

- Cihazın əlaqə yaratdığı İP ünvanları və Wi-Fi məlumatlarını

- TikTok tətbiqetməsinin bəzi versiyalarında istifadəçinin lokasiyasına icazə verilməsə də, 30 saniyəlik ara ilə GPS pingi höndərərək, lokasiya məlumatlarını izləyir

- İstifadəçinin telefon qalereyasında olan bütün foto və video sənədlərin əlçatanlılığı və bunların müxtəlif cihazlarda görüntülənməsi üçün kod çevirmə (transcoding) icazəsinin verilməsi

- Tətbiqetmə istifadə edilmədiyi halda belə istifadəçinin kamera və mikrofonlarının əlçatanlılığı

- Xüsusilə qanunsuz və zərərli tərkiblər istifadəçinin telefonlarına yüklənməsinə şərait yaradacaq tətbiqetməyə, Androiddə “Zip” dosyesi endirmə, açma və işlətmə səlahiyyətinin verilməsi

- iOS əməliyyat sistemində ortaya çıxan, amma etirazlardan sonra qadağan olunan surəti çıxarılan hər məlumatı oxuya bilmə xüsusiyyəti


Oxunma sayı: 5160

Oxşar yazılar