Bakı sakinlərinə xəbərdarlıq – Bu tarixdə küçəyə çıxmayın!

  • 11:04 - 03 İyul

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, sabah, iyul ayının 4-ü səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Avropa.info-nun Bakı Şəhər İcra Hakimiyyətinə istinadən məlumatına görə, bununla əlaqədar şəhər sakinlərinə xəbərdarlıq edilir. Bildirilir ki, maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.


Oxunma sayı: 1805

Oxşar yazılar